Bakının Xəzər rayonunun Zirə qəsəbəsində piyadanın xəsarəti ilə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
43 yaşlı Züleyxa Ömər avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır