Bakıda "KamAz"-lardan yanacaq oğurlanıb. Bu haqda 2 aprel tarixində Report məlumat verib.
Xəzər rayonunda aprelin 19-dan 25-dək olan müddətdə Qala qəsəbəsi ərazisində qəsəbə sakinlərinə məxsus “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacaq oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akşin Səmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.