Paytaxtın Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan talvar tamamilə yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.