Bakının Xəzər rayonu, Binə qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
57 yaşlı İradə Həsənova yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.