Bakının Xəzər rayonunda qadının xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
60 yaşlı Zərifə Pirizadə yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.