Paytaxtın Xəzər rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 675 kv.m olan mansard tipli ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən mətbəx 9 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.