Bakıda avtomobil qaçıran şəxslər tutulub. Bu haqda 14 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonu, Qala qəsəbəsində aprelin 12-si M.İmaməddinovun “Mercedes” markalı avtomobili qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Abbasov və S.Qasımov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.