Bakı şəhərində ötən gün yanğın baş verib. Bu haqda 11 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonunda ümumi sahəsi 150 kv.m olan, beş boksdan ibarət avtomobil təmiri sexində yanğın olub. Nəticədə sexin dam örtüyünün taxta atmaları 50 kv.m sahədə yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları cəlb olunub. Sexin qalan hissəsi və bitişik digər sexlər yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.