Paytaxtın Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Qala qəsəbəsində baş verib. 34 yaşlı Rza Mirzəyev bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.