Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində ana və 2 oğlu yaşadıqları evdə bıçaqlanıblar. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
47 yaşlı Gözəl Kazımova və 2 oğlu – 29 yaşlı İmanxan Kazımov və 30 yaşlı Hüseynağa Kazımov yaşadıqları evdə bıçaqlı hücuma məruz qalıblar. Yaralılar kəskin qanaxma ilə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. Hər üçünə kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hücuma məruz qalanların sözlərinə görə, əməli törədən şəxs Gözəl Kazımovanın qardaşı oğlu idi. Faktla bağlı araşdırma aparılır.