Bakının Xəzər rayonunda yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 3 iyun axşam saatlarında məlumat yayıb.
Ümumi sahəsi 120 kv.m olan istirahət üçün nəzərdə tutulan birmərtəbəli tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Tikilinin qalan hissəsi alovdan qorunub.
Hadisə zamanı xəsarət alan olmayıb.