Bakının Xəzər rayonunda iki yük maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“KamAZ” markalı yük avtomobili digər “KamAZ” markalı yük avtomobili ilə toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Aparılan xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs nəqliyyat vasitəsindən çıxarılıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib.