Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şuşa şəhər sakini Zaur Xanəliyev Bakı şəhər sakini Elşad Məmmədovun qarnına bıçaq zərbələri endirib. Nəticədə yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.