Bakıda avtomobil beton maneəyə çırpılıb. Nəticədə bir nəfər ölüb. Bu haqda 15 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonunda "Kia" markalı minik avtomobili beton maneəyə çırpılıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşların köməkliyi ilə sıxılı vəziyyətdə qalan sürücü, 45 yaşlı Yaqub Məmiyevin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.