Paytaxtın Xəzər rayonunda evdən meyit tapılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-ə daxil olan məlumata görə, rayon ərazisində yerləşən mənzillərin birində bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunublar.
Aparılan tədbirlər nəticəsində bir nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.