Bakıda yanğın baş verib. Bu haqda 16 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzildəki dəhlizin döşəməsi və lambirdən ibarət tavanı yanıb. Yanğın zamanı ümumi 8 kv.m sahəyə ziyan dəyib. Hadisə yerinə FHN əməkdaşlarının cəlb olunması nəticəsində mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.