Bakının Xəzər rayonunda yerləşən mebel sexində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan mebel sexinin divarına quraşdırılan elektrik sayğacı, dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, həmçinin tikilinin içərisində olan avadanlıqlar 5 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.