Bakının Xəzər rayonunda motosiklet avtomobillə toqquşub. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
18 yaşlı Orxan Həmidli motosikleti idarə edən zaman avtomobillə toqquşub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.