Bakının Xəzər rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 16 may tarixində Report məlumat verib.
Buzovna qəsəbəsində avtomobil 33 yaşlı Asim Məmmədlini vuraraq piyadanı digər avtomobilə sıxıb.
Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının baldır nahiyəsinin natamam amputasiyası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.