Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə sərnişin avtobusu qəzaya uğrayıb. Nəticədə nəqliyyat vasitəsində olan 72 yaşlı Firuzə Qurbanova xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.