Bakıda avtomobil məzunu vuraraq ağır xəsarət yetirib. Bu haqda 15 iyun tarixində Report məlumat verib.
Xəzər rayonu, Buzovna qəsəbəsində “Son zəng” tədbirindən evə gedən 17 yaşlı Cavid Cəbrayılovu “Toyota RAV4” markalı avtomobil vurub. Yaralı hər iki ayağın baldır nahiyəsinin sınığı, qara ciyərin zədəsi və daxili qanaxma diaqnozları ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.