Bakının Xəzər rayonunda təndirxanada yanğın olub. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 12 kv.m olan tikilinin tavanı 1 kv.m sahədə, 2 kv.m sahədə piştaxta, həmçinin plastmasdan ibarət pəncərə çərçivəsi və həcmi 25 litr olan qaz balonunun başlıq hissəsi yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.