Xəzər rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. Əvəllər məhkum olunmuş Kamran İsmayılov “Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu görüntüsünü yaradaraq narkotik dövriyyəsi ilə məşğul olurdu. Onun avtomobilindən 2 kiloqrama yaxın marixuana aşkar edilib.
K.İsmayılov narkotikləri Mahal adlı İran vətəndaşından aldığını bildirib.
Bundan əlavə, son günlərdə keçirilən əməliyyatlar nəticəsində Binə və ətraf ərazilərdə ümumilikdə 29 nəfər saxlanılıb. Araşdırmalar davam edir.
[caption id="attachment_102214" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]