Bakının Xəzər rayonunda vətəndaşların birindən narkotik tapılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazilriyinə (DİN) istinadən xəbər verir.
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini Fədakar Mürşüdov saxlanılıb.
Ondan 2 kiloqram heroin və 350 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.