Bakının Xəzər rayonunda yerləşən evlərin birində yanğın olub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 28 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.