Paytaxtın Xəzər rayonunda birmərtəbəli yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 120 kv.m olan tikili 60 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.