Bakının Xəzər rayonunda yerləşən qarajda yanğın olub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan qarajın lambirdən ibarət tavanı 10 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi, içərisində olan 2 avtomobil və bitişik ev yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.