Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 150 kv.m (hər mərtəbəsi 75 kv.m) olan ikimərtəbəli 4 otaqlı ev alışıb. Nəticədə tikilinin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.