Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə zamanı 41 yaşlı Yaşar Həsənov və 27 yaşlı Orxan Məmmədov xəsarət alıblar. Qəza yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlar bədənin müştərək travması diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.