Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İki avtomobilin toqquşması nəticəsində 69 yaşlı Elmira İsmayılova və 28 yaşlı Süleyman İsmayilov xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.