Bakının Xəzər rayonunda yolun kənarında dayanan xanım qəflətən yerə yıxılıb. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən məlumat verir.
Halı pisləşən xanıma ətrafda olan polis əməkdaşları və dayanacaqda olan vətəndaşlar köməklik göstəriblər. Ona ilkin tibbi yardım göstərilib. Onun səhhəti qismən düzəldikdən sonra onu yolun hərəkət hissəsindən kənarlaşdırıblar. Hadisənin isti havadan baş verdiyi deyilir.