Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qumbara aşkarlanıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Əraziyə giriş-çıxış məhdudlaşdırılıb. Cəlb olunan FHN-nin əməkdaşları tərəfindən 4 ədəd “F-1” əl qumbarası zərərsizləşdirilib.
Daha sonra sahəyə baxış keçirilib və hər hansı digər şübhəli əşya aşkar edilməyib.