Bakının Xəzər rayonunda yaşlı qadın yol qəzası nəticəsində ağır xəsarət alıb. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
62 yaşlı Dilarə Rəfiyeva yolu keçərkən onu avtomobil vurub. Zərərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyin travması, qasıq və incik sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.