Bakının Xəzər rayonu ərazisində 9 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 may Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsində müxtəlif vaxlarda evlərdən məişət əşyaları, təmir-tikinti alətləri, televizor, su mühərriki, elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bildirilir ki, saxlanılmış Bakı şəhər sakini S.Əlizadə əvvəllər də məhkum olunmuşdur.
Faktla bağlı araşdırma aparılır.