Xəzər rayonunda inşaat materialları oğurlanıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
31 yaşlı Taleh Mirzəyev və 30 yaşlı İvan Kislyakov adıçəkilən rayon ərazisində vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125.000 AZN dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.