Xəzər rayonunda kafedən oğurluq edilib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Xalıqov rayon ərazisində yerləşən kafelərin birindən 2870 AZN pul, 2 ədəd notbuk, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar aparılır.