Xəzər rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakini Ə.Rüstəmov saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan artıq heroin götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.