Bakının Xəzər rayonunda piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 14 aprel tarixində Report məlumat verib.
34 yaşlı Rövşən Əkbərov yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.