Bakının Xəzər rayonunda 58 yaşlı kişi bıçaqlanıb. Bu haqda bu gün, 4 aprel tarixində Report məlumat verib.
Hadisə Şağan qəsəbəsində baş verib. Mübahisə zamanı tanıdığı şəxslər Əzizağa Cəlilova bıçaq zərbələri endiriblər, nəticədə o, xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı ona qarının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.