Paytaxtın Yasamal rayonunda avtomobil təmiri sexində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 15 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış “Tofaş” markalı minik avtomobilində başlayıb. Nəticədə nəqliyyat vasitəsinin mühərrik hissəsi və qismən idarəetmə lövhəsi yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.