Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında qeydə alınıb. 16 yaşlı R.Cahangirova yolu keçən zaman onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.