Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Abbas Mirzə Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsində “Prius” və “Mercedes” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə 1 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.
[caption id="attachment_96007" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]