Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə İnşaatçılar prospektində qeydə alınıb. “Hyundai” markalı avtomobilin sürücüsü yüksək surətlə hərəkətdə olan zaman idarəetməni itirərək hərəkətdə olan digər 2 avtomobilə çarpılıb.
Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.