Bakının Yasamal rayonunda qadın avtoqəzada xəsarət alıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayonda iki avtomobil toqquşub. Qəza nəticəsində 34 yaşlı Nərmin Əhmədzadə xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.