Paytaxtın Yasamal rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayonda dayanan “VAZ” markalı minik avtomobilində baş verib. Nəticədə nəqliyyat vasitəsinin idarəetmə lövhəsi yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.