Paytaxtın Yasamal rayonunda bahalı avtomobil qarət edilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Hüseyn Cavid prospektində baş verib. Naməlum şəxs Bakı şəhər sakini Emin Babayevə məxsus “Land Rover” markalı avtomobilin şüşəsini sındıraraq içəridə olan bahalı notbuk, qızıl bilərzik və pulu oğurlayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.