Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində M.Hüseynov saxlanılıb.
O, iyulun 20-nə keçən gecə evlərin birinin qarşısından 1200 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.