Bakının Yasamal rayonu, Nəriman Nərimanovun heykəlinin yaxınlığında bu gün, 6 iyul gecə saatlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Bakuplus.az məlumat verir.
Bildirilir ki, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən şəxsi minik avtomobili vurub. Qəza nəticəsində piyada müxtəlif xəsarətlər alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardımının briqadası cəlb olunub.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/07/sequence-02.mp4"][/video]