Bakının Yasamal rayonunda bir nəfərin kartından pul oğurlanıb. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, bir nəfərin bank kartından 500 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Y.Baxışlı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.