Yasamal rayonunda pulqabı oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun M.Həsənov küçəsində baş verib. Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rasim Bayramov mağazada satıcının içərisində pul, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.